Ağcabədidə iki avtomobil toqquşub,xəsarət alanlar var
![Ağcabədidə iki avtomobil toqquşub,xəsarət alanlar var Ağcabədidə iki avtomobil toqquşub,xəsarət alanlar var](https://anews.az/photo/850x500/2025/02/10/1739200193_1739199618.trend_agcabedi_qeza_1.jpg)
Ağcabədidə iki minik avtomobili toqquşub.
Trend xəbər verir ki, hadisə Hindarx-Borsunlu yolunun Taynaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı avtomobil qarşıdan gələn “KİA” markalı avtomobillə toqquşub. Nəticədə hər iki avtomobildə hər birində iki nəfər olmaqla, dörd nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Yaralılar 1986-cı il təvəllüdlü Məmmədov Mircəmal Mirxuda oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Mirhadı Ağa oğlu, 1993-cü il təvəllüdlü Nadirov Araz Rasim oğlu və 1985-ci il təvəllüdlü İsmayılov Əhliman Məhəmməd oğlu təcili tibbi yardım avtomobili ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)