• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

Atəşkəs Qəzzada aclığın qarşısını almağa kömək edib - BMT

Atəşkəs Qəzzada aclığın qarşısını almağa kömək edib - BMT
09.02.2025 22:00

İsrail və HƏMAS arasında əldə olunan atəşkəs Qəzza zolağında aclığın qarşısını əhəmiyyətli dərəcədə almağa imkan verib, lakin bölgədə humanitar vəziyyət mürəkkəb olaraq qalır.Bunu BMT-nin fövqəladə yardım koordinatoru və Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (OCHA) rəhbəri Tom Fletçer İsrail və Qəzza zolağına iki günlük səfərindən sonra "Associated Press"ə müsahibəsində bildirib.

"Düşünürəm ki, aclıq təhlükəsi böyük ölçüdə aradan qaldırılıb. Atəşkəsdən əvvəlki dövrlə müqayisədə qida çatışmazlığı daha aşağıdır", – deyə o qeyd edib.

Bununla belə, Fletçer vurğulayıb ki, Qəzzadakı vəziyyət hələ də acınacaqlıdır və bölgə sakinləri ciddi humanitar böhranla üzləşirlər.
 
"Əgər atəşkəs pozularsa, aclıq tezliklə geri qayıdacaq", – o əlavə edib.

BMT rəsmisi İsrail və HƏMAS-ı atəşkəs şərtlərinə əməl etməyə çağırıb və Qəzza əhalisinin daha çox ərzaq, dərman, çadır və sığınacağa ehtiyacı olduğunu bildirib. O, həmçinin anklavda yoluxucu xəstəliklərin yayılma riskinin artdığını qeyd edib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
Dünya 00:05
Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
HƏMAS girovların azad edilməsini təxirə salıb
Dünya 23:21
HƏMAS girovların azad edilməsini təxirə salıb
Paşinyan Makronla sülh prosesini müzakirə edib
Dünya 22:57
Paşinyan Makronla sülh prosesini müzakirə edib

Türkiyədə terrorçulara xəbərdarlıq edilib
Dünya 22:38
Türkiyədə terrorçulara xəbərdarlıq edilib
Tramp Hərbi Akademiyaları təmizləyir
Dünya 22:35
Tramp Hərbi Akademiyaları təmizləyir
HƏMAS girovların azad edilməsini təxirə salacaq
Dünya 22:29
HƏMAS girovların azad edilməsini təxirə salacaq
Avropa İnvestisiya Bankı Ukraynaya yardım ayıracaq
Dünya 22:22
Avropa İnvestisiya Bankı Ukraynaya yardım ayıracaq
Ermənistan-Türkiyə sərhəddi açılırmı?
Dünya 22:14
Ermənistan-Türkiyə sərhəddi açılırmı?
Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 38-ə çatıb
Dünya 21:53
Türkiyədə saxta spirtli içkidən ölənlərin sayı 38-ə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol