• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

Prezident fərman imzalayıb

Prezident fərman imzalayıb
10.02.2025 17:04

Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsini təsdiqləyib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, bu il Fondun gəlirləri 2 milyard 571 milyon 690 min manat, əvvəlki illərdə istifadə olunmamış vəsaitləri 370 milyon manat, Fondun xərcləri isə 2 milyard 941 milyon 690 min manat olmaqla təsdiqlənib.

2024-cü ildə müqayisədə Fondun büdcəsi 4,6 % artırılıb.

Bu il İcbari tibbi sığorta fondunun gəlirlərində dövlət büdcəsindən ayırmaların 1 milyard 416 milyon 405 min manat (ötən ilə nisbətən 3,5 % çox), işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqlarının 909 milyon 60 min manat (9,8 % çox), fiziki şəxslərdən sığorta haqları üzrə daxilolmaların 17 milyon manat (13,3 % çox), avtomobil benzininin, dizel yanacağının, maye qazın ölkə ərazisinə idxalı və daxili istehlakı, alkoqollu içkilərə və tütün məhsullarına tətbiq olunan aksizlər üzrə daxilolmaların 140 milyon 625 min manat (14,6 % çox), digər daxilolmaların isə 88 milyon 600 min manat (33 % çox) olacağı gözlənilir.

Fondun xərclərinə gəlincə isə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Aparatının (filial, idarə) saxlanılma xərclərinin 33 milyon 500 min manat (3,1 % çox), Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xərclərinin 84 milyon 692 min manat (7,3 % çox), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) saxlanılma xərclərinin 47 milyon 300 min manat (1,5 % çox), icbari tibbi sığorta ödənişləri və dotasiyanın 2 milyard 655 milyon 722 min manat (3,5 % çox), sair xərclərin 20 milyon manat (33,3 % az), sığorta ehtiyatlarının yaradılmasına ayırmaların 96 milyon 877 min manat (7,1 % çox), yeni növ koronavirus (COVID–19) pandemiyası ilə mübarizə tədbirlərinin bir hissəsinin maliyyələşdirilməsi xərclərinin 3 milyon 500 min manat (41,7 % az), bank xərclərinin isə 100 min manat (eyni qalıb) təşkil edəcəyi proqnozlaşdırılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov Belarusun yeni səfirini qəbul edib
Siyasət 19:23
Ceyhun Bayramov Belarusun yeni səfirini qəbul edib
Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:06
Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib
Prezident fərman imzalayıb
Siyasət 17:04
Prezident fərman imzalayıb
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Siyasət 16:41
Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Ermənistan revanşa hazırlaşmır - Nikol Paşinyan
Siyasət 16:38
Ermənistan revanşa hazırlaşmır - Nikol Paşinyan
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Siyasət 14:39
Rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyulub
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Siyasət 11:14
Ruben Vardanyanın məhkəməsi davam etdirilir
Azərbaycan nefti ucuzlaşıb
Siyasət 10:58
Azərbaycan nefti ucuzlaşıb
Ermənistanın Azərbaycana vurduğu maddi ziyan açıqlanıb
Siyasət 21:23
Ermənistanın Azərbaycana vurduğu maddi ziyan açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol