Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
![Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb](https://anews.az/photo/850x500/2025/02/10/1739194803_1739127958_bee16401-9405-3c7d-b19a-d9f80748a933_850.jpg)
Qəzza zolağında atəşkəs razılaşmasının ikinci mərhələsi üzrə danışıqlar hələ başlanmayıb, gecikməyə görə məsuliyyət İsrail tərəfidir. Bu açıqlama ilə Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Musa Əbu Mərzuk çıxış edib.
"Sazişin ikinci mərhələsi üzrə danışıqlar hələ başlamayıb. Netanyahu ABŞ-a səfəri ilə əlaqədar son tarixləri pozub", - Əbu Mərzuk vurğulayıb . Eyni zamanda, HƏMAS rəhbərliyinin üzvü məsləhətləşmələrin tezliklə “yenidən başlayacağına və normal vəziyyətə düşəcəyinə” ümid etdiyini bildirib. Onun sözlərinə görə, hərəkat İsraillə razılaşmanın ikinci mərhələsində ilk növbədə Fəth hərəkatının liderlərindən biri Mərvan Barquti və Fələstinin Azadlıq Xalq Cəbhəsinin baş katibi Əhməd Səadatın azad edilməsinə nail olmaq istəyir.
Bir gün əvvəl Ynet portalı İsrail nümayəndə heyətinin Qəzzada atəşkəs razılaşmasının texniki detallarını müzakirə etmək üçün Qətərin paytaxtı Dohaya gəldiyini bildirib. Onun sözlərinə görə, nümayəndə heyətinə Mossad kəşfiyyat xidməti, Baş Təhlükəsizlik Xidməti və ordunun nümayəndələri, həmçinin oğurlanmış və itkin düşmüş şəxslər üzrə koordinator Qal Hirş daxil olub. Öz növbəsində, İsrailin dövlət televiziyası Kan xəbər verib ki, Netanyahu Birləşmiş Ştatlardan qayıtdıqdan sonra Qəzzada girovların azad edilməsinə dair sazişin ikinci mərhələsini müzakirə etmək üçün fevralın 11-də və ya 13-də Nazirlər Kabinetinin iclası keçirməyi planlaşdırır.
Fələstin anklavında atəşkəs yanvarın 19-dan qüvvəyə minib. Razılaşmalara əsasən, sazişin birinci mərhələsinin icrası 42 gün davam edəcək və bu müddət ərzində HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların müqabilində azı 33 girovu azad edəcək. Razılaşmanın ikinci mərhələsi qalan girovların azad edilməsini və İsrail qoşunlarının Qəzza zolağından tamamilə çıxarılmasını nəzərdə tutur.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)